İstanbulda səhər saatlarında Türkiyənin məşhur iş adamlarına qarşı polis əməliyyat keçrib.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat İstanbulla yanaşı Türkiyənin 15 vilayətində paralel olaraq həyata keçirilib.
Əməliyyat 1000-dən çox polisin qatıldığı xəbər verilir.
Türkiyə qəzetlərinin yazdığına görə əməliyyat İstanbul Cümhuriyyət prokurorluğunun Terror və Mütəşəkkil cinayətlər bürosunun prokuroru səlahiyyətlərini icra edən İsmail Uçar tərəfindən koordinasiya edilir.
Mətbuat məhkəmənin 187 şəxs haqqında tutulub gətirilməsi üçün sanksiya verdiyini yazır.
Onların arasında "Aydınlı Qrupu"nun idarə heyətinn sədri Ömər Faruk Kavurmacı, "Eroğlu Holdinq"in sahibi Nurəddin Eroğlu, Güllüoğlu paxlavalarının sahibləri Faruk Güllüoğlu və Nejat Güllüoğlu kimi isimlər də var.
Polis hazırda Gülən camaatına yaxın iş adamlarının təşkilatı sayılan "TUSKON" prezidenti Rzanur Meral haqqında baş şübhəli olaraq axtarış elan edib.
Həmin iş adamı vaxtilə Türkiyə prezidentini "yaxın vaxtlarda kimin hininə giriləcək görəcəksiniz” deyə təhdid də etmişdi.