Güləşçilərimiz Azərbaycana medalla qayıdırlar

Sərbəst güləş üzrə Azərbaycan millisi İranın Kirmanşah şəhərində keçirilən Dünya Kubokunda 3-cü yeri tutub.
 
Firdovsi Umudovun baş məşqçi olduğu komanda bürünc medal qarşılaşmasında Türkiyə yığmasını böyük hesabla məğlub edib - 6:1.

Azərbaycan təmsilçilərindən yalnız David Suynuçxanov görüşünü məğlubiyyətlə başa vurub. Qalan 6 pəhləvan isə çətinlik çəkmədən qələbə qazanıb./report.az/

MediaFax