Gülər Əhmədova yeni işə başladı

Sabiq millət vəkili Gülər Əhmədova yeni işə başlayıb.

Bu barədə məlumatı psixoloq Dəyanət Rzayev verib. Bildirib ki, psixologiya elmləri namizədi və pedaqoq Gülər Əhmədova Psixoterapiya Mərkəzində fəaliyyətə başlayıb. 

Qeyd edək ki, Gülər Əhmədova 3 dəfə Milli Məclisə deputat seçilib. 2012-ci ildə Gülər Əhmədova deputat mandatının ləğv olunması üçün Milli Məclis rəhbərliyinə müraciət edib. 3 oktyabr 2012-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının bu məsələyə dair iclası keçirilib və toplantıda 34 saylı Xətai II dariəsindən Milli Məclisə deputat seçilmiş Gülər Mikayıl qızı Əhmədovanın mandatından imtina barədə verdiyi ərizəyə baxılıb və onun mandatının ləğv olunması barədə qərar çıxarılıb.
 
Daha sonra isə sabiq millət vəkili həbs edilib. 2014-cü ilin may ayının 5-də azadlığa buraxılıb./bakipost.az/

MediaFax