Gülənin vəkilinin hesabından 800 milyon çıxdı - Foto

Samsunda FETÖ əməliyyatında həbs edilən vəkilin bank hesabında 800 milyon lirə (436 milyon azn) olduğu aşkarlanıb.

Vəkil Fevzi Cem Şənocağın FETÖ-nun 5 kassasından biri olduğu iddia edilib.
 


Gülənin zəmanət verdiyi vəkillərdən olan Şənocağın FETÖ-ya yaxın iş adamları və bir çox şirkətlərin hüquqi işlərini icra etdiyi məlum olub.

Qeyd edək ki, Samsun Respublika Prokurorluğunun əməliyyatda nəzarətə götürdüyü 16 əməkdaşdan 15-i vəkil olub. Onlardan 8-i həbs edilib./millətinsəsi.az/

MediaFax