Görüşə çağırdığı qızı zorladı - Bakıda

Bakı sakini 1989-cu il təvəllüdlü Q.M. Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinə müraciət edib. 

Bu barədə "Sputnik Azərbaycan” xəbər verir.

Gənc qız oktyabrın 20-də polis idarəsinə müraciət edərək şikayət ərizəsində bildirib ki, oktyabrın 19-u saat 18:00 radələrində tanışı Nizami (soyadı və atasının adı istintaq maraqlarına görə açıqlanmır) onu aldadaraq Cavadxan küçəsi ev 29 mənzil 74 ünvanına apararaq zorlayıb. 

İstintaq zamanı məlum olub ki, Q.M. bundan əvvəl Nizami ilə bir dəfə görüşüb. İkinci görüşdə isə Nizami qıza təcavüz edib.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər bir neçə dəfə məhkum olunan Nizami Xırdalan şəhərində saxlanılıb.

Zərərçəkən şəxs bildirib ki, Nizaminin əvvəllər məhkum olması barədə məlumatı olmayıb. Gənc qızın sözlərinə görə, Nizami onu mənzilə sakit bir yerdə söhbət etmək üçün dəvət edib. Burada isə Nizami qızı öldürməklə hədələyərək onunla cinsi əlaqədə olub. 

Faktla bağı cinayət işi qaldırılıb, hadisəni törədən şəxsin digər cinayətlərdə də iştirakı araşdırılır. 

MediaFax