Әgәr belә hücumçu olsaydı, indi 30 qolumuz var idi - Baş məşqçi

Bu gün Topaz Premyer Liqasında 2017-ci ilin ilk oyunu keçirilib. 
 
"Qәbәlә" doğma meydanda "Sumqayıt"ı qәbul edib.

1:1 hesabı ilә başa çatan matçdan sonra "qırmızı qaralar"ın baş mәşqçisi Roman Qriqorçuk fikirlәrini bildirib: "Oyunu rәqib qapısında keçirdik. Amma cәmi 1 qol vurduq. Dәfәlәrlә demişәm ki, biz hücum xәtti üzәrindә çox işlәmәliyik. Bu problemlәr hәmişә olur. Ümumi götürsәk, çoxlu qollar vurmalıydıq".

Ukraynalı mәşqçi komandaya gәlәcәk yeni hücumçu barәdә dә danışıb: "Mәn hәmişә zarafata demişәm ki, komandaya yaşlı hücumçu lazımdır. Rәqib qapısında önündә dayanıb epizodları qola çevirsin. Bu zarafat olsa da, hәqiqәt payı çoxdur. Әgәr belә hücumçu olsaydı, indi 30 qolumuz var idi. Bizim hücumçular hәrәyә 3 qol vurmalı idi".

Qonaqların baş məqçisi Samir Abbasov oyunla bağlı belə açıqlama verib:

"Çətin səfər oyunu idi. İstirahətdən sonra birinci oyunu liderə qarşı oynamaq çətin idi. Özü də heyətdə dəyişiklik etmişdik. Təlim-məşq toplanışında da bunun üzərində işləyirdik. Maraqlı oyun keçdi. İstədiyimiz qolu vurduq. Düzü, qol epizodlarını ikinci hissədə yaradacağımızı düşünürdük. Sözsüz ki, rəqib bizi udmaq istəyirdi. Sürətli oyunçuları var. Buna baxmayaraq, ikinci hissədə əks-hücumlara belə bağladıq. Axıra qədər oyunu saxladıq və vacib bir xal qazandıq. Yeni transferlər deməzdim ki, yüz faiz məni qane etdi. İlk oyunda belə çıxış etmələri normaldı. Tapşırıqların öhdəsindən gəldilər. Tam razı olmasam da, komandam vuruşdu. Onların əməyi nəticəsində 1 xal qazandıq"./qafqazinfo.az/

MediaFax