“Google” Rusiyanın dövlət xidmətini məhkəməyə verdi

Google şirkəti Rusiya Federal Antiinhisar Xidmətini məhkəməyə verib.

Ölkə.Az xəbər verir ki, Google şirkəti haqqında qəbul edilən cərimə ilə bağlı Moskva Apellyasiya Məhkəməsinə müraciət edib. Müraciət qəbul edilib və məhkəmə növbəti həftəyə təyin edilib. Məhkəmə Google şirkətinin 500 min rubl məbləğdə cərimə edilməsi ilə bağlı keçiriləcək.

Qeyd edək ki, ötən il Moskvada keçirilən məhkəmədə Google” 500 min rubl məbləğində cərimələnib. Cərimə Rusiya Federal Antiinhisar Xidmətinə ödənilməlidir. Çünki antiinhisar qanunvericiliyinin tələblərinin pozulmasına görə, "Google” şirkəti günahkar bilinib. İstintaq zamanı Federal Antiinhisar xidməti ortaya çıxarıb ki, "Google” Rusiyada satılan smartfon istehsalçılarına şirkətin başqa tətbiqləri də yüklənmiş olmalıdır. Bu tətbiqlər siyahıya salınıb və ana ekranda yerləşdirilməlidir. Beləliklə, koorperasiya Rəqabətin qorunması haqqın Federal qanunun 10-cu maddəsini pozmuş olur.

MediaFax