Google-dan müəmmalı qərar

Google Translate-dən istifadə zamanı servisdə tərcümə üçün hərf limiti qoyulub.
 
Belə ki, tərcümə olunan mətndə hərflərin sayı 5000-i keçməməlidir.

Limiti keçən zaman, tərcümə pəncərəsinin sağ aşağı hissəsində limitin keçilməsi haqqında qırmızı rəngdə xəbərdarlıq əks olunur.

"Google"ın bu cür qərarının səbəbi aydın deyil. Şirkət bu barədə hətta heç bir açıqlama verməyib. Bu servisdən mütəmadi olaraq istifadə edən istifadəçilər artıq mətnləri bir neçə hissəyə bölməli olacaqlar. Təbii ki, əgər bu çox vaxt aparacaqsa onda istifadəçilər digər online tərcümə servislərinə müraciət etməlidirlər./technote.az/

MediaFax