Generallar Dubay aeroportunda ələ keçdi - Foto

Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı aparılan istintaq tərbirləri çərçivəsində daha iki türk generalı saxlanılıb.
 
 
Əfqanıstandakı Türkiyə hərbi kontingentinin generalları Cahid Bəkir və Şener Topuç uğursuz çevriliş cəhdindən sonra Birləşmiş Ərəb Əmirliklərinə qaçıblar.

Türkiyə Xarici İşlər Nazirliyi və Milli Kəşfiyyat İdarəsinin dərhal hərəkətə keçməsindən sonra BƏƏ hüquq-mühafizə orqanlarının köməyi ilə hər iki general Dubay Hava Limanında saxlanılaraq Türkiyəyə gətirilib./bizimyol.info/
 


MediaFax