Bu gün Livan parlamentində ölkə prezidentliyinə seçkilər keçirilib.
Respublikanın yeni rəhbəri general Mişel Aun seçilib.
Livan keçmiş dövlət başçısı Milşel Süleymanın 2014-cü ilin may ayında prezidentlik müdəti başa çatdığından iki il yarımdan çoxdur siyasi böhran vəziyyətində idi.
Bu ölkənin Konstitusiyasına görə prezident yalnız parlamentin seçdiyi xristian-maronit ola bilər.
Böhran davam etdiyi müddətdə deputatlar siyasi qüvvələrin fikir ayrılığı səbəbindən kvorum olmaması səbəbindən yeni prezidenti seçə bilmirdilər. Seçkinin baş tutması üçün minimum 85 deputatın iştirakı vacib idi.
Oktyabrın 31-də keçirilən iclasa 127 deputat gəlib. Aunun seçilməsi üçün onlar dörd dəfə səs verməli olublar.
Livan parlamenti bu gün faktiki olaraq Qərbyönümlü və Rusiya meyllilərdən ibarət iki bloka bölünüb. Böhran davam etdiyi müddətdə prezidentliyə əsas iddiaçı 81 yaşlı general Mişel Aun, "Hizbullah” şiə partiyasının siyasi müttəfiqi olub. Onun namizədliyini Rusiya meylli blok da dəstəkləyib.
Aunun əsas rəqibi uzun müddət "14 mart” Qərbyönümlü blokun nümayəndəsi Samir Caadcaa olub. Onu sünnilərin "Əl-Mustakbal” partiyası dəstəkləyirdi.
Sonradan bu ilin oktyabr ayında partiyanın lideri Saad əl-Hariri qərarını dəyişərək Aunu dəstəkləyəcəyini bəyan edib./modern.az/
MediaFax