Bakıda intihara cəhd olub.
Xəzər Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Şimal Dres adlanan ərazidə qeydə alınıb. Orada yaşayan 1990-cı il təvəllüdlü Humay Əlimərdanova yaşadığı binanın 3-cü mərtəbəsindən özünü atıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
H. Əlimərdanovanın intihara cəhd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
MediaFax