Gənc qadın işlətdiyi kafedə bıçaqlandı - Video

Bakının Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində 31 yaşlı Lalə Məmmədova icarəyə götürdüyü kafedə bıçaqlanıb.

ARB TV xəbər verir ki, bu iaşə obyektinin yanında yerləşən avtoyuma məntəqəsində işləyən Şamaxı rayon sakini, Nurməhəmməd Şükürov spirtli içki qəbul edərək kafedə mübahisə edib, sonra isə bıçaqla qadına xəsarət yetirib.

Yaralı təcili tibbi yardım maşını ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Əməliyyat olunan Lalə Məmmədova cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər.

Hadisəni törətməkdə şübhəli bilinən Nurməhəmməd Şükürov Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
 

MediaFax