Hacıqabul rayonunda intihar hadisəsi qeydə alınıb.
Rayon sakini, 1992-ci il təvəllüdlü Mehdiyeva Ayşən Tərlan qızı üzərinə yanacaq tökərək, özünü yandırıb. Xəstəxanaya çatdırılan qadının vəziyyəti ağırdır. Onun bədəninin xeyli hissəsinin yandığı bildirilir, həyatına təhlükə davam edir.
Bu səbəbdən onun Bakıdakı müalicə müəssisəslərindən birinə gətirilməsinə qərar verilib.
APA-nın məlumatına görə, Ayşən Mehdiyeva ailə münaqişəsi zəminində intihar edib.
Ailəli olan A. Mehdiyevanın bir azyaşlı övladı var.
Fakt araşdırılır.