Gələcəyin bombardmançısı təqdim edildi - Foto

Rusiyanın "Tupolev” şirkəti gələcək üçün nəzərdə tutulmuş strateji bombardmançısını təqdim edib.

Yeni təyyarənin maketi "uçan qanad” sxemi üzrə hazırlanıb. PAK DA adını almış təyyarənin korpusu radio dalğaları udan materiallardan hazırlanacaq. Silah isə korpusun daxilində gizlədiləcək. Bundan əlavə bombardmançı ən yeni radioelektron vasitələrlə təchiz ediləcək, radarlar üçün demək olar ki, görünməz olacaq.

Gələcəyin bombardmançısı olacaq təyyarənin 2025-də sınaqdan keçiriləcəyi gözlənilir./avropa.info/

MediaFax