Futbolçumuz Latviyanın “ən yaxşı”sı oldu - Foto

Millimizin sabiq üzvü Vüqar Əsgərov Latviyada mükafatlandırılıb.

Latviya I divizionunda mübarizə aparan "Olayne” klubunun formasını geyinən forvard çempionatın ən yaxşı oyunçusu seçilib.

Mövsüm ərzində 40 qol vuran 31 yaşlı hücumçu çempionatın ən məhsuldar ikinci oyunçusu olub.

Vüqarın uğurları üçün çalışdığı "Olayne” klubu isə mövsümü 62 xalla ikinci pillədə başa vurub./qafqazinfo.az/
 


MediaFax