Futbolçularımız oyuna qara sarğı ilә çıxacaqlar

FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turniri davam edir.

Sözügedən yarışda çıxış edən 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün 9-cu yer uğrunda Belarus yığması ilə qarşılaşacaq.

20 yanvar-Ümumxalq hüzn günü ilə əlaqədar yığmamızın futbolçuları meydana qara sarğı ilə çıxacaqlar./qafqazinfo.az/

MediaFax