Türkiyədə futbolçulara hücum olub.
Bir qrup "Bursaspor” azarkeşi futbolçuları daşıyan avtobusun qarşısını kəsib. Hadisə idmançılar İstanbuldan dönərkən, Osmanqazi körpüsünün çıxışında baş verib.
İstiPress-in Milliyet-ə istinadən verdiyi xəbərə görə, xoşagəlməz olayda bir çox futbolçunun döyüldüyü deyilir.
Türkiyə çempionatının 22-ci turunda "Kasımpaşa” ilə səfər matçında 4:0 məğlub olan "timsahlar”ın azarkeşlərinin hücum zamanı bıçaq və dəmir parçalarından istifadə etdikləri də yayılan xəbərlər arasında yer alır.
Təqsirkarlar polislər tərəfindən saxlanılıb. Onların haqqında cinayət işi açılıb.