Futbolçular arasında dava düşdü - Video

Ukrayna çempionatının 18-ci turunun "Dinamo Kiyev”-"Şaxtyor”qarşılaşmasında futbolçular arasında dava düşüb.

Bu barədə "TSN” kanalı məlumat yayıb.

Oyunun 59-cu dəqiqəsində "Dinamo”nun futbolçusu Junior Moraeş rəqib futbolçunun üzünə dirsəyi ilə vurub. "Şaxtyor” futbolçuları isə kobud hərəkətə yumruqla cavab verməyə çalışıblar. Rəqibin üç futbolçusunu yerə yıxan Moraeşə hakim qırmızı vərəqə verib.

Oyunun sonuna yaxın Serqey Rıbalk da qırmızı vərəqə alaraq komandasını 9 nəfərlə meydanda qoyub. Qarşılaşma qonaqların 4:3 hesablı qələbəsi ilə yekunlaşıb./qafqazinfo.az/
 

MediaFax