Boliviyanın dövlət komissiyası noyabrın 29-da Braziliyanın "Şapekoense" klubunu aparan təyyarənin qəzası ilə bağlı bütün araşdırmaları yekunlaşdırıb.
Yekun qərara görə, qəzanın baş verməsində günahkar şəxs hava gəmisinin 54 yaşlı pilotu Mikel Kiroqo olub.
Məlumata görə, pilot planlaşdırılan marşrutdan kənara çıxıb. Məhz buna görə də təyyarədə yanacaq qurtarıb. Araşdırmalardan sonra məlum olub ki, Mikel bu cür uçuşları həyata keçirmək üçün tələb olunan göstəricilərə də sahib olmayıb.
Maraqlı burasındadır ki, onun atası Orlando Kiroqa da pilot olubmuş. Ata Kiroqa isə 1963-cü ildə, 53 yaşında təyyarə qəzasında dünyasını dəyişib. Mikel isə bir müddət əvvəl verdiyi müsahibəsində futbolu çox sevdiyini, böyük qardaşı Edqarın, oğlunun və qardaşı oğlunun da pilot olduğunu bildirib.
Xatırladaq ki, "Şapekoense" komandası Boliviyadan Sudamerikana Kubokunun final matçı üçün Kolumbiyanın "Atletiko Nasional" komandası ilə oynamağa gedib.
Təyyarə sentyabrda futzal millimizin dünya çempionatında iştirak etdiyi Kolumbiyanın Medelyin şəhərində qəzaya uğrayıb, qəza nəticəsində 77 nəfər dünyasını dəyişib./qaynarinfo.az/
MediaFax