Futbol aləmi üçün ağır itki: “Ölümü rahat oldu”

Futbol üzrə Dünya çempionatının kubokunu hazırlamış Silvio Qaççaniqa dünyasını dəyişib.
 
Apasport.az saytı "La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, italiyalı dizayner 95 yaşında vəfat edib.
 
Qaççaniqanın oğlunun sözlərinə görə, atası yuxuda olarkən həyatla vidalaşıb: "Ölümü rahat oldu. Axşam yatmağa getdi, səhər isə gördük ki, nəfəs almır. Yuxuda dünyasını dəyişdi”.  
 
Qaççaniqa dünya kubokunu 1971-ci ildə layihələndirib. Həmin mükafatın ilk qalibi adını DÇ-1974-ün finalında Hollandiyanı 2:1 hesabı ilə məğlub edən Almaniya yığması qazanıb.
 
Qeyd edək ki, Qaççaniqa, həmçinin UEFA Kuboku və UEFA Superkubokunun da dizayneri olub.

MediaFax