Fransalıların 50 faizindən çoxu hesab edir ki, keçmiş baş nazir Fransua Fiyon 2017-ci ilin prezident seçkilərində qalib gələcək.
Bunu "Jornal du Dimanche” nəşri üçün Ifor şirkətinin keçirdiyi sorğunun nəticələri də göstərir.
Sorğu nəticəsində məlum olub ki, respondentlərin 55 faizi Fiyo seçkilərdə qalib gələcəyini güman edir. Rəyi soruşulanların yalnız 28 faizi onun seçkilərdə qalib gəlməsini də istədiyini açıqlayıb.
Sorğu iştirakçılarının 47 faizi hesab edir ki, Fiyon ölkədə islahatlar keçirməyə qadirdir, 46 faiz düşünür ki, o, üzərinə götürdüyü öhdəkiləri yerinə yetirəcək.
Bundan əlavə, respondentlərin 28 faizinin fikrincə, keçmiş baş nazir adi adamların problemlərini başa düşür, 62 faizin qənaətinə görə, onun proqramı narahatlıq yaradır.
987 nəfərin iştirak etdiyi sorğu dekabrın 14-16-da keçirilib.
Fransada prezident seçkiləri iki tur olmaqla gələn il aprelin 23-də və mayın 7-də keçiriləcək.
BVA və Salesforce ictimai rəy mərkəzlərinin dekabrın 7-də açıqlanan sorğusunun nəticələrinə görə, ikinci tura Le Pen və onun rəqibi keçmiş baş nazir Fransua Fiyon keçəcək. Ancaq sorğuda Fiyona daha çox üstünlük verilir./modern.az/
MediaFax