“Formula 1” prezidentinin oğurlanmış qaynanası azad edildi

Braziliya polisi "Formula 1” prezidenti Berni Ekklstounun qaynanası 67 yaşlı Aparesidu Şunku girovluqdan azad edib.
 
Şunk Braziliyanın Kotiya şəhərində tapılıb.
 
Xəbər verilir ki, qadını oğurlayan və onun yaxınlarından pul tələb edən 2 nəfər saxlanılıb./modern.az/

MediaFax