Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyevin beyninə qan sızıb.
Bu barədə Modern.az-a açıqlamasında Füzuli Rzaquliyevin qardaşı Xaqani Rzaquliyev məlumat verib.
O bildirib ki, qardaşının əsəbdən təzyiqi 220-yə qalxıb və beyin qansızması baş verib:
"Əsəbdən beyninə qan sızıb. Evdədir, hələ tərpətməmişik. Əsəbləşib və təzyiqi 220 olub, sonra beyninə qansızma verib.
Ya sabah ya da birisi gün xəstəxanaya aparacağıq. Anlaqlı vəziyyətdədir. Həkimlər tərpətməməyi və danışdırmamağı məsləhət görüblər. Təzyiqini endirə bilmədik və qansızma baş verdi”.