FİFA-nın Etika üzrə komitəsinin İstintaq Palatası Rusiya baş nazirinin müavini və Rusiya Futbol İttifaqının prezidenti Vitaliy Mutko ilə bağlı ilkin təhqiqata başlayıb.
"Daily Mail” nəşrinin verdiyi məlumata görə, FİFA V. Mutkonun rusiyalı idmançıların, xüsusən futbolçuların dopinqdən istifadəsi hallarının gizlədilməsində rolunu araşdırır.
Əgər V. Mutkonun idmançıların dopinqdən istifadəsi hallarını gizlətməsinə dair sübutlar tapılarsa, o, futbola bağlı istənilən fəaliyyətdən uzaqlaşdırılacaq. Eyni zamanda 2018-ci ildə Rusiyada keçirilməsi nəzərdə tutulan futbol üzrə dünya çempionatının başqa ölkədə keçirilməsi gündəmə gələ bilər./APA/
MediaFax