FİFA qarşıdakı 10 il il ərzində 211 ölkənin assosasiyalarına 4 milyard dollar yardım edəcək.
Ötən gün bu barədə Ali qurumun rəsmləri Sürixdə keçirilən yığıncaqda qərar veriblər. 10 illik proqram çərçivəsində beynəlxalq qurum futbolun inkişafıyla bağlı layihələr həyata keçirəcək.
Ali futbol qurumu qadın futbolunun inkişafı üçün də müəyyən vəsait nəzərdə tutub. FİFA xanım futbolçuların iştirakı ilə çempionatların təşkiliylə bağlı federasiyalara 315 milyon dollar ayıracaq.
FİFA-nın prezidenti Canni İnfantino bildirib ki, futbolun kütləviliyini dünya əhalisi üzrə 45 faizdən 60 faizə qaldırmaq istəyirlər.
Qeyd edək ki, ali futbol qurumu AFFA-ya da vəsait ayıracaq./qafqazinfo.az/
MediaFax