Dünəndən etibarən mərhum prezident Heydər Əliyevin anım günündə hərbi salam verə bilməyən prokurorun kimliyi ciddi müzakirələrə səbəb olub.
Bakupost.az saytının yaydığı xəbərə görə, videoda prokurorun hərbi salamı sol əli ilə verdiyi əks olunub. Xəbərlərdə onun kimliyi açıqlanmasa da, sosial şəbəkələrdə prokurorun sağ əlinin protez olduğu, bu səbəbdən də hərbi salamı digər əliylə verdiyi iddia olunur.
Sayt yazır ki, sözügedən şəxs Bakı şəhər Prokurorluğunun prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi Tariyel Qurbanovdur. Bundan əlavə, onun əlinin protez olması məlumatı da yalandır.
Baş Prokurorluqdan faktı sayta təsdiqləyiblər.
Məlumat üçün bildirək ki, 1991-ci ildən prokurorluq orqanlarında işləyən Tariyel Qurbanov əvvəllər Tovuzun, Qaradağın və Hacıqabulun prokuroru vəzifəsində işləyib. O, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.
MediaFax