Fəxri xiyabanda kimlər dəfn olunmalıdır? - SORĞU

Son illərdə dünyalarını dəyişən sənət adamlarına hörmətsizlik olunur.

Ömrünü Azərbaycan mədəniyyətinə, incəsənətinə xərcləyən şəxslərin bəzilərinə dəfn olunması üşün Fəxri Xiyadanda yer verilmir. Onların bəziləri İkinci Fəxri Xiyabanda, bəziləri isə "Qurd qapı” restoranının yanında, bəziləri də doğulduğu bölgənin qəbiristanlıında dəfn olunur. Özü də öz ailəsinin hesabına. Sənət adamlarına qarşı edilən bu biganəliyin kökündə nə dayanır?

Mediafax.Az bununla bağlı sənət adamlarının münasibətini öyrənib.

İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev: "O məkana dəfn məsələsinin sənətdə yalnız fəxri adla təltif olunma və ya populyarlıq yetərli deyildir. Burada təltifdən və populyarlıqdan başqa meyyarlar da önəm kəsb edir. Meyyarlar isə yaşamnan ömrün mənası və yaradıcılıqda fəth olunan unukal həddlərə yüksəlməklə dəyərləndirilir”.

Gənc Tamaşaçılar Teatrının aktyoru, Xalq artsiti Tariyel Qasımov: "Artıq o qədər fəxri adlar verilib ki, öz dəyərini, sambalını itirib. Yəni adiləşib. Ona görə. Kimi məsləhət bilirlər orda dəfn edirlər”.

Akademik Milli Dram Teatrının aktyoru Elnur Qədirov: "Sənət adamlarının bəziləri Ikinci Fəxri Xiyabanda dəfn olunurlar. İkinci bir vacib məsələ odur ki, daha Fəxri Xiyabanda yer yoxdur. Bir də ki, öləndən sonra nə fərqi var harada dəfn oldundun. Vay ölənin halına. Müsəlman əslində torpaga qarışmalıdı. Bizdəki qəbiristanlıqlarda qəbir üstündə saray tikirlər. Belə şey kimə lazım”.

MediaFax