Londonda "Ferrari” markalı avtomobilin törətdiyi yol qəzasında ən azı 7 nəfər yaralanıb.
Qiyməti 315 min dollardan baha olan idman maşını maksimal sürətlə şəhərin cənub hissəsində piyadaların toplaşdığı əraziyə daxil olub.
Yerli mətbuatın yazdığına görə, qəza nəticəsində zərər çəkənlərin hamısı 16 yaşlı yeniyetmələrdir. Zərbənin təsirindən onlardan biri qəza baş verən körpünün məhəccərindən o biri tərəfə atılaraq yolun kənarında park edilmiş avtomobilin üzərinə düşüb.
Sürücü hadisə yerində olsa da, onun kimliyi açıqlanmır. Xəsarət alan yeniyetmələr xəstəxanaya yerləşdirilib. Onlarda müxtəlif əzilmələr və sümük sınıqları qeydə alınıb./virtualaz.org/
MediaFax