"Yurdunda sarımsaq əkilsin" sözləri, adətən, Azərbaycanda qarğış mənasında işlənir. Amma düşünəndə ki indi sarımsağın kilosu 10 manata satılır və ya bir baş sarımsağı 60 qəpikdən ucuz almaq olmur, qarğış qəfildən alqışa çevrilir. Fermerlərsə sahələrdən yığılan sarımsağın daha çox ixraca yönəlməsindən razılıqlarını bildirirlər. Onların fikrincə, gömrükdə maneələrin azalması, Rusiya ilə alış-verişin rahatlaşması sarımsağın da"üzünü güldürür”.
İndi dükan-bazarda satılan sarımsaq, əsasən, Çindən və Türkiyədən gətiriləndir. Yerli sarımsaq Rusiya bazarına çıxdığından, könlünə sarımsaqlıyemək düşənlərxaricdə yetişdirilən mala möhtac qalır. Malın qıtlığı, o biri yandan dolların məzənnəsinin qalxması qiymətlərə ciddi təsir göstərib. İndi pərakəndə satışda sarımsağın kilosu 9 manatdan aşağı deyil. Halbuki 3 il əvvəl qiymət bundan 3 dəfə ucuz idi.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 20 min 800 tona yaxın sarımsaq yığılıb. Bunun cəmi 7 min 770 kiloqramıRusiyaya göndərilib. Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2012-ci ildən bəri kənd təsərrüfatı məhsullarının ixracatında ən yüksək göstərici – 112.8 ton bu ilin 9 ayında qeydə alınıb. Məhsul Rusiyaya may-iyun aylarında yola salınıb.
Mütəxəssislər deyirlər ki, düzgün aqrotexniki qulluq göstərilərsə, bir hektar əkin sahəsi 10-15 ton sarımsaq verər. Sarımsaqdan gələn gəlir heçbir texniki və dənli bitki ilə müqayisəyə gəlməz. Məsələn, hesablamalara görə, hektardan, ən azı, 10 ton sarımsaq götürülərsə, bu, kiloqramı 5 manatdan 50 min gəlir deməkdir. Həmin sahədən ən yaxşı halda 2.5 ton pambıq yığılarsa, gəlir bundan 33 dəfə az – 1500 manat olacaq. Xərciçıxandan sonra sarımsaqdan fermerə qalan qazanc 40 min manat edir, pambıqdan isə demək olar heç nə.
Bəs elə isə səbəb nədir ki, fermerlər sarımsaqdan uzaq durur? İqtisadçı Ruslan Köçərli bunu saxlama kameralarının olmaması ilə əlaqələndirir. Onun fikrincə, fermerin saxlama şəraiti olsa, saxlayıb və qış aylarında özü şəhərə gətirib topdan sata, daha çox qazana bilərdi. Bu halda dəllallar sayəsində sarımsağın qiyməti də "ceyran belinə”» qalxmazdı.
Saatlı rayonunda yaşayan fermer Fuad Bayramov problemi ilkin kapitalda görür. Onun fikrincə, bahalıq qıtlıqdan qaynaqlanır. Sarımsaqsa oüzdən qıtdır ki, kəndlinin əkməyə torpağı varsa da, əkin vaxtı sarımsaq baha olduğundan, əlində yetərli mayası olmur: "Sarımsaq avqustun son günlərindən sentyabrın sonunacan əkilir. Di gəl o vaxt sarımsaq baha – aşağısı, 4 manata olur. Hər hektara təxminən 4 min manat maya tələb olunur. Hər fermerinsə bu qədər pulu olmur. İri təsərrüfatlar da, nədənsə, sarımsaq əkininə bir o qədər maraq göstərmirlər”.
Mütəxəssislər Rusiyada sarımsağın adambaşına istehlakının Azərbaycandan qat-qat çox olduğuna diqqətə çəkirlər. Başqa sözlə, Rusiya bazarıAzərbaycanda istehsal olunan sarımsağın tamamını qəbul etməyə hazırdır.
İsmayıllı fermeri Məzahir İsmayılov deyib ki, bu il bahalığa bir səbəb də kəndlilərin həyətyanı təsərrüfatlarında sarımsaq əkməsi olub:«Sarımsaq toxumla yox, qıça ilə əkilir. Hərə gücü çatan qədər əkib – bir sotdan hektaradək əkənlər var. Odur ki, gələn ilin mayında bolluq olacaq. Qiymət də düşəcək».
Kənd Təsərrüfat Nazirliyinin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov da fermerin söylədiklərini təsdiqləyir və gələn il sarımsağın ucuzlaşacağını proqnozlaşdırır: «Bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Qiymətlər qalxa da, düşə də bilər. Bu da fermerlərimizdən işə planlıyanaşma istəyir: hansı bitkini əkməklə daha çox məhsul və qazanc götürə bilərsən, nəyə tələbat var, nəyə isə yoxdur».
Nazirliyin nümayəndəsinin sözlərinə görə, qurumun yerli idarələrinin mütəxəssisləri fermerlərə torpağa və iqlimə uyğun məhsul yetişdirməklə bağlı tövsiyə və məsləhətlər verirlər. İ.Cümşüdov fermerləri nazirliyin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun sarımsaq yetişdirilməsiylə bağlıəkin texnologiyası, xəstəlik və zərərvericilərə qarşı mübarizəyə dair tövsiyələrindən yararlanmağa çağırır. ("Azadlıq” radiosu)
MediaFax