"Fərat qalxanı" əməliyyatı Əl-Bab bölgəsindən sonra da davam edəcək.
Bunu Türkiyənin milli müdafiə naziri Fikri İşıq deyib.
Nazir qeyd edib ki, Əl-Baba nəzarət tamamilə ələ keçirilib, ərazidə təmizlik işləri aparılır:
"Fərat qalxanı" Əl-Babdan sonra da davam edəcək. Sırada Münbiç və Rakka bölgələri var".
F.İşıq hazırda Azərbaycanda səfərdə olan ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danfordun sabah Türkiyəyə gələcəyini bildirib./virtualaz.org/
MediaFax