Rusiyanın Fələstin münaqişəsi ilə bağlı daha böyük rol oynamasını istəyirik.
Bu sözləri Fələstin Milli Qurtuluş Partiyasının üzvü Mahir Tahir deyib.
O bildirib ki, ABŞ-ın platforması son 20 ildə heç bir nəticə verməyib:
"Rusiyanın Yaxın Şərqdə və bütün dünyada həlledici rola malik olduğunu görürük. Bu səbəbdən Moskva Fələstin probleminin həllində də müəyyən addımlar ata bilər”.
Qeyd edək ki, bu gün İsrail-Fələstin münaqişəsi ilə bağlı Paris konfransı öz işinə başlayıb./axar.az/
MediaFax