Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası yekunlaşıb.
"APA-Economics" xəbər verir ki, proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 0,5-0,75% artırıb.
Qeyd edək ki, sonuncu dəfə FED uçot dərəcəsini ötən il artırıb. 2015-ci ilin dekabrın 16-da tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25% artırılması barədə qərar qəbul edib. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməyib.
Ümimiyyətlə, FED 2007-2008-ci ildən sonra yalnız bir dəfə uçot dərəcəsini qaldırıb.
Uçot dərəcəsinin artırılması dolların möhkəmlənməsinə səbəb olacaq. Heç şübhəsiz, dolların möhkəmlənməsi manata təzyiqi artıracaq.
MediaFax