FED-in qərarı Azərbaycana "təsir etdi" - DOLLAR HƏRRACDA BAHALAŞDI

Dolların hərrac məzənnəsi 0,3% artıb

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.
 
AMB-dən verilən məlumata görə, hərrac 1 ABŞ dolları üçün 1,7475 məzənnəsi ilə başlayıb və 1,7525 məzənnəsi ilə yekunlaşıb. Beləliklə, artım 0,3% səviyyəsində olub.
 
Qeyd edək ki, bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası uçot dərəcəsini 0,5-0,75% artırılması ilə yekunlaşıb.

MediaFax