Falçıya getdi, zorlandı...

Yaponiyada bir falçı, "fahişəliyə zorladığı" qadın müştərisinə 850 min dollar təzminat ödəməyə məhkum edilib
 
Tokio Bölgə Məhkəməsinin qərarına əsasən, "beyin yuyaraq" qurbanını özünə borclu olduğuna inandıran falçı qadın seks işçiliyinə  təşviq etdiyi müştərisi üzərindən 2 il ərzində 785 min dollar gəlir əldə edib.
 
Adı gizli saxlanılan falçının qurbanını sahibi olduğu mənzilə köçməyə razı saldığı, sonra da icarə qarşılığında seks köləliyinə zorladığı açıqlanıb.
 
İşə baxan hakim verdiyi qərarda qeyd edib: "Falçı, müştərisinin qorxmasından istifadə edərək, özünə çox borcu olduğuna onu inandırmağı bacarıb”.
 
Yaponiya mediasında yer alan xəbərə görə, fahişəliyə cəlb edilən qadın falçı ilə 2008-ci ildə tanış olub və sonra onun tövsiyələrinə görə yaşamağa başlayıb.
 
Qadın qaldırdığı iddiada 2011-2013 illəri arasında falçı üçün seks işçisi kimi çalışdIğını bildirib./modern.az/

MediaFax