Eyfel şüşə ilə hasarlanacaq

Fransanın paytaxtında yerləşən Eyfel qülləsi təhlükəsizlik məqsədilə güllə keçiməyən şüşə divarla əhatə olunacaq.

"Le Parisien” qəzeti xəbər verir ki, 2,5 metr hündürlüklü divar artıq bu ilin payızında qurulacaq. Terror təhdidindən müdafiə üçün nəzərdə tutulan divarın dəyəri 20 milyon avro olaraq qiymətləndirilir.

Eyfel qülləsinin istismar cəmiyyətinin rəhbəri Bernar Qodyer dəqiqləşdirib ki, söhbət Eyfel qülləsinin ətrafındakı bağların böyük hissəsini əhatə edəcək güllə keçirməz çəpərdən gedir.

Ötən il dekabr ayının ortalarında Fransa parlamenti 2015-ci il noyabrın 13-də baş verən terror aktından sonra tətbiq edilən fövqəladə hal rejimini 2017-ci il iyulun 15-dək uzadıb./aznews.az/

MediaFax