Ev külə döndü, amma... - Video

Ağdamın cəbhə xəttində yerləşən kəndində yanğın olub.

Rayonun Mirəşelli kəndində Qasımov Eldar İsrafil oğluna məxsus yaşayış evində yanğın başlayıb.

Hadisə yerinə iki yanğınsöndürən briqada cəlb olunub. Yanğın mətbəxdən başlayıb və daha sonra 7 otaqlı evə yayılıb. Tikili içindəki əşyalarla birgə yararsız hala düşüb. Yalnız otaqların birindəki rəfin üzərində olan "Quran" kitabı və divar saatının üzərindəki "Quran" ayəsi yanmayıb.

Ev sahibi yanğının elektrik naqillərindəki qısaqapanmadan olduğunu ehtimal edir. Dəqiq səbəblər isə aparılan araşdırmalardan sonra məlum olacaq. Yanğın söndürülüb, yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb./ARB/
 

MediaFax