Ev alışdı, 3 nəfər diri-diri yandı

Bu gün Rusiyada yaşayış evi yanıb, 3 nəfər ölüb.
 
"RİA Novosti” agentliyinin verdiyi məlumata görə, hadisə Saratov vilayətində baş verib.
 
Yanğının söndürülməsinə 17 yanğınsöndürən və 6 texnika cəlb edilib. Yanğın nəticəsində iki qadın və 42 yaşlı kişi həyatını itirib, 33 yaşlı qadın və iki uşaq xəsarət alıb.
 
Faktla bağlı araşdırma aparılır./APA/

MediaFax