18 yaşlı tələbə ad günündə özünü asdı - Yenilənib

10:19 
 
18 yaşlı oğlan tövlədə özünü asıb.
 
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, bu gün saat 06:30 radələrində rayonun Oxut kəndində, kənd sakini 1998-ci il təvəllüdlü Samran Vüqar oğlu Süleymanzadənin meyitini valideynləri tapıblar. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.
 
Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. 
 
--------------
15:55 
 
Xəbər verdiyimiz kimi, Şəkinin Oxut kənd sakini 1998-ci il təvəllüdlü Samran Vüqar oğlu Süleymanzadə intihar edib.
 
Onun meyiti səhər saat 06:30 radələrində tövlədə asılmış vəziyyətdə aşkar edilib.

Hadisə ilə bağlı danışan Şəkinin Oxud kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi və ailənin yaxın qohumu Oruc Əhmədov bildirib ki, Gəncə Dövlət Aqrar Universitetinin 2-ci kurs tələbəsi olan 18 yaşlı Samran ad günündə canına qıyıb.

"Samran ikinci kursda təhsil alırdı. O, çox normal ailədə böyüyüb. Bacısı da bu il universtetə qəbul olub. Anası evdar xanımdır. Atası isə Moskvada yaşayır. Ailədə hər şey qaydasında olub, maddi çətinlikləri olmayıb. 

Dünən Samranın ad günü idi. Axşam dostları ilə kafedə ad gününü qeyd edib. Kefi də yaxşı olub. O, ad gününü qeyd edəndən sonra axşam evə gəlib. Anası və bacısı ilə söhbət edib. Sonra kompüterdə oyun oynayıb. Daha sonra anası və bacısı onunla sağollaşaraq yatıblar. 

Anası səhər saat 5-də yuxudan ayılıb, görüb ki, oğlu yerində deyil. Bir az gözlədikdən sonra Samranı axtarıb. Onun meyiti asılmış halda həyətdə tövlədən tapılıb”.

Qohumunun sözlərinə görə, 18 yaşlı gəncin intihar etməsinin səbəbi ailəsinə də məlum deyil: "Samranın özünü asma səbəbi hələ də qaranlıq qalır. Onun ölümünə bir səbəb olmayıb axı? Dünən axşam ad günü məclisində içməyib ki, deyək içkinin təsirindən bu addımı atıb. Ailəsinə də onun intiharı müəmmalı qalıb”./azvision.az/

MediaFax