Suriya aviasiyasının hücumu nəticəsində 3 türk əsgəri həlak olub, 10-u yaralanıb.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı açıqlamada deyilir ki, noyabrın 24-də saat 03:30-da Suriya rejimi tərəfindən həyata keçirilən hava hücumu nəticəsində 3 hərbi qulluqçu həlak olub, 1-i ağır olmaqla, 10 əsgər yaralanıb.
Yaralılar hərbi əməliyyat zonasından çıxarılaraq Türkiyənin Qaziantep şəhərinə aparılıb.
Baş nazir Binəli Yıldırım hadisə barədə müdafiə naziri Fikri İşıq və Baş Qərargah rəisi Hulusi Akardan məlumat alıb.
MediaFax