Suriyada Bəşər Əsədə məxsus hərbi təyyarələr İdlib vilayətini bombardman edib.
Bu barədə "İhlas" agentliyi xəbər verib.
Məlumata görə, Maar Misrendəki bazarın bombardman edilməsi nəticəsində azı 10 nəfər ölüb, daha 30 nəfər yaralanıb. Ölən və yaralananların mülki sakinlər olduqları bildirilir.
Xəbərdə həmçinin qeyd edilir ki, bombardmanlara Rusiya təyyarələri də dəstək verib./report.az/
MediaFax