Əsəd Rusiyaya qarşı çıxır?

Suriya prezidenti Bəşər Əsəd Rusiyanın hazırladığı yeni konstitusiya layihəsinin bəzi bəndləri ilə razılaşmayıb.

Bu barədə informasiyanı "Əl Həyat” qəzeti yayıb. Qəzet Dəməşqin artıq düzəlişləri edərək Moskvaya yolladığını bildirib. Əsəd layihədə, xüsusilə, qanunvericilik funksiyasının prezidentdən alınaraq parlament və hökumətə verilməsinin əleyhdarı olub.

Dəməşq həmçinin Suriya Regionlar Assambleyasının da yaradılmasını istəmir./axar.az/

MediaFax