Əsəd İŞİD-ə necə kömək edir? - Detallar

"İslam dövləti” (İŞİD) terror təşkilatı Bəşər Əsəd rejiminə neft və qaz satışlarını artırıb.
 
Belə ki, Suriya hökuməti İŞİD-dən neft və qaz alır, əvəzində isə terror təşkilatına ümidsiz şəkildə nağd pul ödəyir.

Nüfuzlu "The Wall Street Journal” belə iddia irəli sürüb.
 
"Suriya rejimi bu mübadiləni həyata keçirir. Bu isə İŞİD-i dəstəkləməyə kömək edir. Lakin Suriya rejimi inandırmağa çalışır ki, Rusiya və İranın köməkliyi ilə İŞİD-i məhv etmək istəyir”-deyə nəşr yazıb.
 
Bildirilib ki, rəsmi şəxslər də İŞİD-in Bəşər Əsəd hakimiyyətinə neft və qaz satmaqla böyük gəlir əldə etdiyini etiraf edirlər.
 
"Suriya rejimi İŞİD-ə maliyyə dəstəyi göstərir və enerji istehsalına kömək edir” - bunu ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokştayn bildirib.

Nəşrin məlumatına görə, İŞİD artıq əldə etdiyi enerji resurslarını İraqa və Türkiyəyə aparmır, əvəzində bunu Suriya hakimiyyətinə verir.
 
"Qərb rəsmi şəxsləri iddia edir ki, Əsəd rejimi İŞİD-ə vaxtında pulu çatdıra bilməyib. İŞİD isə buna cavab olaraq 8 yanvarda Suriyada qaz generatorlu qurğunu partlatdı. Bununla da İŞİD ödəməni vaxtında həyata keçirməyi tələb edirdi”-deyə yazılıb./modern.az/

MediaFax