Ermənistan əsgəri Qarabağda özünü güllələdi

Ermənistan işğal altında saxladığı Dağlıq Qarabağda daha bir hərbçisini itirib.
 
Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, 20 yaşlı əsgər Albert Postolokyan dekabrın 7-dən 8-nə keçən gecə hələ ki müəyyənləşdirilməmiş vəziyyətdə ölüb.
 
Hadisə gecə saat 02:45-də Qarabağın şimal-şərqində dislokasiya olunan hərbi hissədə qeydə alınıb.
 
Postolokyanın ölümünə səbəb qeyri-müəyyən şəraitdə güllə yarası alması olub.

Onun özünü güllələdiyi də istisna olunmur.

MediaFax