Erməni zabit Azərbaycan tərəfə keçmək istəyir

Bir neçə gün əvvəl Ermənistan ordusunun zabiti Norayr Georgiyeviç Minosyan  Vahan Martirosyana müracət edərək Azərbaycan tərəfə keçməsinə kömək göstərilməsini istəyib. 

Norayr Minasyan bildirib ki, Bakıda mətbuat konfransı keçirib Ermənistan silahlı qüvvələrinin sərhədyanı bölgələrdə yerləşdirilmiş qüvvələrində baş verənlər haqda danışmaq istəyir.

36 yaşlı N.Minosyan Ermənistan ordusunda baş leytenant rütbəsində xidmət edib, Naxçıvanla həmsərhəd yerləşdirilmiş 70179 nömrəli hərbi hissənin tank əleyhinə bölüyünün taqım komandiri olub. O, Hərbi Akademiyanın məzunudur, rus və ingilis dillərində danışa bilir.

2014-cü ilin fevralında N.Minosyan saxta ittihamla həbs edilib və mühakimə olunub. Onu hərbi hissəni özbaşına tərk etməkdə ittiham ediblər. Bu ittihamla N.Minosyana 1 il həbs cəzası verilib, ancaq erməni hüquq müdafiəçilərinin təzyiqləri nəticəsində 6 ay sonra zabiti həbsdən azad etməli olublar.

N.Minosyan bildirir ki, əslində onun həbsinin səbəbi Ermənistan silahlı qüvvələrinin keçmiş Baş qərargah rəisi (hazırda prezidentin müşaviridir) Yuri Xaçaturovun oğlu ilə toqquşması olub. Xaçaturovun oğlu Qriqori Xaçaturov Ermənistan ordusunun 3-cü ordu korpusunun komandiridir. 

Minosyanın dediyinə görə, hətta həbsdən buraxılandan sonra da hakimiyyət onu və ailəsini təqib etməkdə davam edib. Nəicədə Norayr Minosyan ölkədən qaçmalı olub. Hazırda erməni zabit Soçidədir və Azərbaycan hakimiyyətindən xahiş edir ki, onun Bakıya gəlməsinə şərait yaratsın.

N.Minosyan xahiş edib ki, onun problemini işıqlandırsın və Ermənistan hakimiyyətinin mümkün təxribatlarının qarşısını alsın. 

Minosyan özünün və yaxınlarının təhlükəsizliyi üçün narahatdır, onun yaxınları hələ İrəvandadır. Erməni zabit Azərbaycan hakimiyyətinin məsələyə qarışmasını xahiş edir./haqqin.az/

MediaFax