Erməni ordusu qadınların ümidinə qalıb

Ermənistanda qadınlar könüllü şəkildə hərbi xidmət keçə bilər.
 
Bunu Ermənistanın müdafiə naziri Viqen Sarkisyan "lenta.ru”ya müsahibəsində deyib.
 
O bildirib ki, hazırda qadınların könüllü xidmət keçə bilməsi üçün imkanların genişləndirilməsi istiqamətində iş aparır. Onun sözlərinə görə, ordu gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi üçün məktəb rolunu oynaya bilər./APA/

MediaFax