Erməni deputat xalqı üsyana çağırdı

Erməni deputat xalqı üsyana səslədi: 'Vaxtdır'

İkinci üsyan mərhələsinin başlama vaxtı çatıb.
 
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında erməni deputat Zarui Postancıyan söyləyib.
 

Onun sözlərinə görə, bu üsyan qanlı olmamalıdır:
 
"Biz heç kimin, hətta Serj Sərkisyanın qanını belə tələb etmirik. Biz Sərkisyan və onun quldurları olan polislərdən azad olmalıyıq. Bunun üçün bütün polislər muzdlu şəkildə ön cəbhəyə göndərilməlidir”. 

MediaFax