Ərəblər məşhur aktrisaya 200 min xərclədilər

"Kösem Sultan" xarakteriylə ərəblərin könlünü fəth edən aktrisa Nurgül Yeşilçay Dubayda təşkil edilən Beynəlxalq Ərəb Festivalı mükafatlandırma mərasimində "Ən yaxşı aktrisa" mükafatına layiq görülüb.

Türkiyə mətbuatı xəbər verir ki, ərəblər məşhur aktrisaya iki gün üçün 200 min lirə xərcləyib. Orada iki gün keçirən məşhur kral dairəsində qonaq edilib. Hətta Nurgülün qaldığı otel otağın gecəsinə 100 min lirə ödənilib. 

Qeyd edək ki, mükafatlandırma mərasiminə yaşıl libası ilə damğa vuran aktrisa ərəblərə belə təşəkkür edib:

"İlk dəfədir ki, Dubaya gəlirəm. Gördüyüm diqqət məni xoşbəxt etdi. Ərəb dünyasının əhəmiyyətli adlarıyla eyni kateqoriyada yarışdım. Bu mükafatı almaqdan qürur duyuram"./musavat.com/

MediaFax