Ərəblər İrandan ayrılmaq istəyirlər

İran prezidenti Həsən Ruhani Xuzistan vilayətinə səfər edəcək.

Ruhanı bu səfər sayəsində bölgənin problemləri ilə yaxından tanış olmağı planlaşdırır.

Qeyd edək ki, Xuzistan vilayəti, xüsusilə Ahvaz şəhəri İranın neft anbarı sayılsa da, bölgənin iqtisadi durumu acınacaqlı vəziyyətdədir. Son illərdə qum fırtınalarının artması və havaların yağıntısız keçməsi nəticəsində bölgənin kənd təsərrüfatı da ciddi təhlükə ilə üzləşib. Ətraf mühitin çirklənməsinə və hökumətin buna laqeyd yanaşması əhali arasında ciddi narazılığa səbəb olub. Nəticədə küçələrə minlərlə insan çıxıb. Bir neçə gün əvvəl Ali dini lider Ayətullah Əli Xamenei İran yetkililərini bölgənin problemi ilə ciddi məşğul olmağa çağırıb.

Maraqlı məqam odur ki, ötən ay Ahvazda iki neft boru xəttində partlayış törədilib. Partlayışa görə məsuliyyəti "Ahvazın Azadlığı üçün Ərəb Mübarizə Hərəkatı” adlı qrup üzərinə götürüb. Qrup 2017-ci ildə əvvəlki illərlə müqayisədə daha aktiv olacağını açıqlayıb. Məhz bu qrup bölgənin İrandan ayrılması uğrunda mübarizə aparır.

Xuzestan vilayətində 1 milyona yaxın ərəb yaşayır./axar.az/

MediaFax