ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olacaq.
"Hürriyet"in verdiyi məlumata görə, bu barədə Ağ Evdən bildirilib.
Telefon danışığı fevralın 8-nə keçən gecə, Türkiyə vaxtı ilə saat 00:05-də başlayacaq. Əsas müzakirə mövzularının ikitərəfli əlaqələr və Suriya məsələsi olacağı gözlənilir./APA/
MediaFax