Ərdoğanın köməkçisi Bakıya gəlir

Noyabr ayının 22 və 27-də  Bakıda Türk  filmləri  həftəsinə start veriləcək.

Türk filmləri həftəsi öncəsi Türkiyə pPrezidentinin ictimai məsələlər üzrə köməkçisi  Yalçın Topçu və yerli düşüncə dərnəyinin sədri  Metin Gündogdu 21 noyabrda Bakıya gələcəklər. 

Yalçın Topçu, Metin Gündoğdunun iştirakı ilə 21 noyabr saat 11.00-də Avropa Otelində Azərbaycan media nümayəndələri üçün mətbuat konfransı təşkil olunacaq.
 
Orada Türkiyə -Azərbaycan  münasibətləri, 15 iyul hərbi çevrilişə cəhd və millətin zəfəri ilə yanaşı türk filmləri həftəsi mövzusunda danışılacaq.

Mətbuat konfransında, Azərbaycanın əməkdar artisti  Azərin  "15 Temmuz Gecesi" adlı mahnısını ifa edəcək./modern.az/

MediaFax